Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
    • 4-10-2018, 17:10
    • 1 838

Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Tanınmış bloqqer Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunması ilə bağlı suala biabırçı cavab verib.
 “Atanızın və əminizin işdən çıxarılmasına münasibətiniz necədir” sualına Aysel ağır təhqirlə qarşılıq verib. 

O, “salam, zəhmət olmasa s...!” yazandan sonra jurnalistə belə də paylaşmağı məsləhət görüb.

Qeyd edək ki, Aysel Şükürova bir müddət əvvəl dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Bu səbəbdən atası Q. Şükürov da mediada sərt tənqid olunmuşdu və elə o gündən işdən çıxarılması ilə bağlı məlumatlar yayımlanırdı.

//Missiya.az