Ayseldən Pərvinə: "Sənətin yoxdursa o zaman başqa qapıya ay qara qız" - FOTO
    • 19-12-2018, 11:15
    • 3 152

Ayseldən Pərvinə: "Sənətin yoxdursa o zaman başqa qapıya ay qara qız" - FOTO

Aparıcı Aysel Nazim və aktrisa Pərvin Abıyeva arasında söz atışması davam edir. 

News24.az xəbər verir ki, şounun ilk günlərində instagram hesabında həmkarı və rəfiqəsi Nərgiz Əliyevanın şəklini paylaşaraq aparıcı Aysel Nazimdən uzaq durmasını məsləhət görüb. 

3 gün öncə "Maşın"ı tərk edən A.Nazim instagram hesabında Nərgiz Əliyeva ilə olan fotosunu paylaşaraq Pərvin Abıyevaya cavab verib:

"Mənə söz atıb gündəmə gəlmək lazım deyil ay qara qız. İşinlə, sənətinlə gündəmə gəl. Əgər o da yoxdursa o zaman başqa qapıya. Məndən nə istəyirsən? Yetər!"

Aysel Nazim ötən gün şoudan ayrılan Nərgiz Əliyeva ilə dostluğunun daha da möhkəmləndiyini bildirib:

"Aramıza girmək istədi, amma fəsadlığı özünə qaldı".

Teymur MƏMMƏDOV