Rusiyada koronavirusa 806 mindən çox yoluxma - 13192 ÖLÜM
    • 25-07-2020, 12:26
    • 811

Rusiyada koronavirusa 806 mindən çox yoluxma - 13192 ÖLÜM

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 5 871 nəfər olub.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. 

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 806 720 nəfərə çatıb.

Məlumatda qeyd edilib ki, 146 nəfər koronavirusdan ölüb. Bununla da Rusiyada koronavirus qurbanlarının sayı 13 min 192 nəfərə çatıb.

Xəstəlikdən 597 min 140 nəfər sağalıb.