Moskvada koronavirusa yoluxanların SAYI
    • 4-05-2020, 23:30
    • 702

Moskvada koronavirusa yoluxanların SAYI

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxmuş daha 52 xəstə dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxt ərazisində virusdan ölənlərin sayı 816 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı son sutkada 10 581 nəfər artaraq, ümumilikdə 145 268 nəfərə çatıb. Ölkə ərazisində 1356 nəfər də bu virusun qurbanına çevrilib. İndiyədək 18 095 nəfər sağalıb.