-
- 25-07-2020, 13:43
- 2 226
Ruhi Əliyeva: ”Əzablarımı unutdurub, mənə dünyada cənnəti yaşadan balalarım”
“Həyatımın ən əvəzsiz, ən xoşbəxt, ən sehrli anları… Allahın məni ən böyük mükafata layiq gördüyü gün, məhz ana olduğum, övladlarıma qovuşduğum gündür…”
News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı, xeyriyyəçi Ruhi Əliyeva övladları Həsən və Məhəmmədin doğum gününü təbrik edərkən deyib. R.Əliyeva bildirib ki, o gündən artıq tam 8 il ötür:”Məhəmməd və Həsənimin doğum günüdür bu gün. Gəlişləriylə bütün acılarımı, əzablarımı unutdurub, mənə dünyada cənnəti yaşadan balalarım, siz nə yaxşi ki, varsınız! Çox şükürlər olsun ki, həyatda ən ülvi, ən ali hissləri məhz siz mənə daddırdınız. Deyiləcək ən gözəl sözlər belə sizə olan sevgimin qarşısında acizdir… Ad gününüz mübarək, mənim oğullarım! Arzum budur, Allah sizi yolunuzdan , xeyirxah əməllərinizdən, xoş niyyətinizdən, din-imanınızdan, vətən sevgisindən, heç zaman çaşdırmasın. Sizi çox sevirəm! Allah sizin timsalınızda bütün balaları qorusun, xoşbəxt eləsin. Bütün qızlarımıza bu anları yaşamağı arzu edirəm. Amin!”
Teymur Məmmədov