"İnstagram" istifadəçiləri izləməkdə İTTİHAM EDİLİR
    • 28-07-2020, 11:55
    • 420

"İnstagram" istifadəçiləri izləməkdə İTTİHAM EDİLİR

"İnstaqram" istifadəçilərini geniş miqyaslı izləməkdə ittiham edilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "İnstaqram"dakı qəribəliyi telefonuna yeni, lakin hələ test mərhələsində olan əməliyyat sistemini yükləyən "iPhone" istifadəçiləri hiss ediblər.

Beləki, proqram istifadəçilərdən kamera və mikrofondan istifadə etmək barədə icazə istəyib.

Yüzlərlə istifadəçi hətta sosial şəbəkədə şəkillərə baxdıqları zaman belə kameranın işə düşdüyünü hiss ediblər.

"İnstaqram" rəhbərliyi hadisənin səhv ucbatından baş verdiyini və tezliklə hər şeyin qaydasına düşəcəyini bildiriblər.