Maşın aşdı, sürücü öldü - Foto
    • 28-07-2020, 17:34
    • 842

Maşın aşdı, sürücü öldü - Foto

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

News24.az-ın xəbərinə görə, hadisə Goranboy - Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib. 
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Abbasov Tapdıq idarəetməni itirərək maşını yolun kənarına aşırıb. O, aparıldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo/