"Formada qalmaq üçün dualar oxuyuram" - MƏLƏYKƏ ƏSƏDOVA - FOTO
    • 29-07-2020, 10:50
    • 906

"Formada qalmaq üçün dualar oxuyuram" - MƏLƏYKƏ ƏSƏDOVA - FOTO

Xalq artisti Məleykə Əsədova ötən gün paylaşdığı fotoşoplu şəkli müzakirələrə və tənqidlərə səbəb olub.

News24.az xəbər verir ki, aktrisa sosial şəbəkədə bütün mənfi şərhlərə cavab verib: "Karantin günlərində özümə baxım daha çox oldu. Çünki, vaxtım bol idi. Formada qalmaq üçün səhər tez dururam, hər gün mütləq idman edirəm. Yuxudan oyanan kimi bal, zəncəfil, limon qarışığı yeyirəm. Ən əsası dualar oxuyuram. Eyni zamanda kosmetoloq yanına gedir, qulluqlar etdirirəm".

Sevda Bayramova