"Bu şəkli sevdiyin kişiyə göstər, bizə yox"- İLQARƏYƏ SƏRT CAVAB
    • 2-03-2020, 10:42
    • 3 950

"Bu şəkli sevdiyin kişiyə göstər, bizə yox"- İLQARƏYƏ SƏRT CAVAB

Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin "İnstagram"da paylaşdığı son fotosu söz-söhbətlərə səbəb olub.

News24.az xəbər verir ki, Kazımova ayaqlarının şəklini yayımlayıb. İzləyicilər isə onun ünvanına sərt rəylər yazıblar.

Şərh bölməsində "Bu cür fotonu sevdiyin kişiyə göndərməlisən, sosial şəbəkədə paylaşmamalısan", "Niyə üzünü yox, ayağını çəkirsən?", "Deyəsən, əli dəyib şəkil yüklənib", "Deyəsən, reytinqin düşüb", kimi bir çox şərhlər qeyd olunub.

Sevda Bayramova