İlham Əliyev yol çəkilişi ilə məşğul oldu - YENİLƏNDİ
    • 29-07-2020, 17:56
    • 689

İlham Əliyev yol çəkilişi ilə məşğul oldu - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı–Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq. Yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində uzunluğu 634 metr olan yeni körpü tikiləcək.



***11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

News24.az xəbər verir ki, dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.