Ramiz Mehdiyev Zakari Qross  ilə görüşdü - FOTO
    • 29-07-2020, 17:34
    • 670

Ramiz Mehdiyev Zakari Qross ilə görüşdü - FOTO

Bu gün Fransa Səfiri Zakari Qross, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyev ilə görüşüb.

News24.az xəbər verir ki, onlar AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) və Fransa arasında mövcud olan əməkdaşlığı və yeni mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüş zamanı, onlar hər il seçilən iki azərbaycanlı doktorantın tibb, nanotexnologiya, qida təhlükəsizliyi və s. kimi müxtəlif sahələrdə tədqiqat işlərini Monpeliye şəhərində davam etdirməsinə imkan verən Monpeliye Universiteti ilə beynəlxalq müştərək doktorantura proqramının uğurlarını alqışlayıblar.

Onlar UFAZ-da tədris olunan kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədqiqat sahəsində UFAZ (Fransız-Azərbaycan Universiteti) ilə partnyorluq çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını vurğulayıblar.

Humanitar elmlər sahəsində, AMEA Azərbaycan dilinin və mədəniyyətinin Parisdə İNALCO-da (Şərq Dilləri və Mədəniyyətləri Milli İnstitutu) tədrisini təbliğ etmək istəyini bildirib.

Bundan əlavə, AMEA Antropologiya İnstitutu yaratma layihəsini həyata keçirmək üçün uyğun bir fransız tərəfdaşı müəyyən etmək istərdi.