Göygöldə 2 nəfər avtomobildə yanaraq ÖLDÜ
    • 30-07-2020, 16:48
    • 646

Göygöldə 2 nəfər avtomobildə yanaraq ÖLDÜ

Göygöldə avtomobil yanıb.

Hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb.

Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və sərnişin, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. /APA/