Tanınmış həkim Teymur Cəfərov da koronavirusdan VƏFAT ETDİ -FOTO-VİDEO
    • 31-07-2020, 12:30
    • 1 077

Tanınmış həkim Teymur Cəfərov da koronavirusdan VƏFAT ETDİ -FOTO-VİDEO

Bir müddət öncə koronavirusa yoluxan, aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə həkimin yaxınları məlumat verib. 

Qeyd edək ki, Teymur Cəfərov bir müddət idi ki, Mərkəzi Hərbi Hospitalda koronavirusdan müalicə olunurdu, o, EKMO cihazına da qoşulmuşdu. Bütün səylərə baxmayaraq həkimin həyatını xilas etmık mümkün olmayıb.

Allah rəhmət eləsin.

Afaq Mirayiq