-
- 28-06-2020, 18:01
- 1 420
SON DƏQİQƏ: Azərbaycanda tanınmış həkim koronavirusdan öldü
Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
News24.az-ın xəbərinə görə, bu barədə deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.
Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.