TƏBİB-dən AÇIQLAMA
    • 31-07-2020, 16:04
    • 688

TƏBİB-dən AÇIQLAMA

“İndiyədək dövlət tərəfindən bütün koronavirus testləri pulsuz aparılıb”.
 
News24.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
 
“Başqa müəssisələrin testlərinin qiymətlərinə heç bir halda müdaxilə etmirik. Onlar qiyməti özləri müəyyənləşdirir”, - deyə Y. Qarayeva əlavə edib.