-
- 31-07-2020, 16:07
- 695
Operativ Qərargah karantin rejimi ilə bağlı qərar verəcək - TƏBİB
"Biz də ümid edirdik ki, orduya dəstək aksiyasından sonra koronavirusa yoluxmada artım baş verməyəcək”.
News24.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, virusun özünü necə aparacağı haqda proqnozların verilməsi çətin məsələdir: “Onu deyə bilərəm ki, hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək”.