Yaqut Qarayeva: “Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur”
    • 31-07-2020, 16:21
    • 1 163

Yaqut Qarayeva: “Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur”

Operativ Qərargah və ÜST məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələləri müzakirə edir”. 

News24.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Qurum rəsmisi bildirib ki, hazırda məktəbləri açmış ölkələrin təcrübələri müzakirə edilir:“Vətəndaşlarımız üçün ən doğru qərar qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”.