"Doğum günlərini sevmirəm, xüsusən müharibə şəraitində..." 60 yaşını qeyd edən Ayaz Salayev - MÜSAHİBƏ
    • 1-08-2020, 16:48
    • 2 328

"Doğum günlərini sevmirəm, xüsusən müharibə şəraitində..." 60 yaşını qeyd edən Ayaz Salayev - MÜSAHİBƏ

Bu gün Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin 60 illik yubileyidir. O, eyni zamanda Azərbaycan kinosunu beynəlxalq səviyyəyə yüksəltmiş və ümumdünya kinofestivallarında Qran-Pri qazanmış ilk bədii film - "Yarasa"nın müəllifidir.

Bu gün 60 yaşını qeyd edən kinorejissor yubiley günündə News24.az-a müsahibə verib. 

- Bu gün 60 yaşınız tamam olur. Özünüzü necə hiss edirsiniz? Kimlərdən təbriklər aldınız?
 

- Çox adam məni təbrik edir. Ünvanıma gözəl sözlər deyirl'r. Hamısına təşəkkür edirəm. Ancaq mən o yaşda deyiləm ki, ötən illərə nəzər salam. Hələ qarşıda gözəl işlərim, planlarım var. Gələcək haqda düşünürəm.

- Bu, hansı planlardır?

- Tammetrajlı sənədli film çəkmişəm. Bədii film ərsəyə gətirməyi planlaşdırıram.

- Bəs, pandemiya planlarınıza təsir etdimi?

- Sənədli filmimin təqdimatını pandemiyaya görə təxirə salmışam. Gözləyirəm ki, karantin bitsin premyera edim. Dərs demək də mənim üçün çətindir. Onlayn dərs deməyi sənət sahəsində düzgün saymıram. Çünki üz-üzə dərs demək, birbaşa ünsiyyət daha həlledicidir.

- Nədənsə, sizi ad günü əhval-ruhiyyəsində görmədik...

- Doğum günlərini sevmirəm, əhəmiyyət vermirəm. Xüsusilə də, pandemiya, müharibə şəraitində... Ona görədir.Do]um gwnl'rini 

- Sözsüz ki, kinematoqrafiyada uğurlarınız çoxdur. Bəs, indiyədək yerinə yetirmədiyiniz arzunuz qalıb?

- Bədii film çəkmək istəyirəm. Tezliklə bunu reallaşdıracam. Bu barədə çox danışmaq istəmirəm.

- Sizə yeni yaşınızda uğurlar arzu edirik.

- Minnətdaram, təşəkkür edirəm ki, yada salmısınız!