Gəncədə evdən kişi meyiti tapıldı
    • 3-08-2020, 14:04
    • 540

Gəncədə evdən kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən News24.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Seyfullayev Ramin Nizami oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.