Çimərliklərdə yazılı və səsli məlumatlandırma sistemi olacaq
    • 3-08-2020, 17:38
    • 627

Çimərliklərdə yazılı və səsli məlumatlandırma sistemi olacaq

Çimərliklərdə yazılı və səsli məlumatlandırma sistemi olacaq.

News24.az xəbər verir ki,  bunu Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

E. Həbibullayev qeyd edib ki, çimərliklərdə nişanlanma işləri aparılır: "Bu işarələr insanlara sosial məsafənin saxlanılması istiqamətində köməkçi rol oynayacaq. Xüsusi dezinfeksiyaedici qruplar mövcud olacaq. Müvafiq dövlət strukturları tərəfindən bütün tədbirlər görülüb".