"Həkimlər istirahət etmirlər" - Yaqut Qarayeva
    • 3-08-2020, 17:43
    • 850

"Həkimlər istirahət etmirlər" - Yaqut Qarayeva

"Bizim üçün bu gün sevindirici haldır ki, sərtləşdirilmiş karantin rejimindən bəzi yumşalmalara gedirik".

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın birifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi vurğulayıb ki, yeni modul tipli xəstəxanalarda çarpayılar artırılıb: "Mövsumi xəstəliklərə bağlı mübarizə üçün yeni tədbirlər görülür. Həmçinin vətəndaşlar profilaktik tədbirlərə önəm verməli, məsuliyyətli olmalıdır. Heç də işlər azalmayıb, həkimlər istirahət etmirlər. İndi fürsətdən yararlanaraq daha çox işləyirik ki, pandemiya ilə mübarizə davam edəcəksə, biz tam hazır olaq. Hər il payız-qış mövsümündə qrip və digər xəstəliklərin artımı diqqət çəkir. Biz COVİD-19 ilə mübarizədə nə qədər qaydalara əməl etsək, digər xəstəliklər də o qədər azalar. Bunu digər ölkələrin statistikası da sübut edir".