KİV: Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər
    • 3-11-2018, 09:55
    • 993

KİV: Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər

Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyirlər.

“Spiegel” jurnalı xəbər verir ki, bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq, Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu “11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcəkı, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.
Super Liqanın yaradıcıları Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid”, “Barselona”, İtaliyanın “Yuventus”, “Milan”, İngiltərənin “Arsenal”, “Çesli”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul” və Fransanın RSJ komandaları olacaq.
İspaniyanın “Atletiko”, Almaniyanın “Borussiya” (Dortmund), Fransanın “Marsel”, İtaliyanın “İnter”və “Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.
Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir.

//Report