İspaniyalı ulduz futbolla vidalaşdı
    • 4-08-2020, 17:00
    • 938

İspaniyalı ulduz futbolla vidalaşdı


İspaniya milli futbol komandasının və Real Madridin əfsanəvi qapıçısı İker Kasilyas kariyerasına son verdiyini açıqlayıb.


News24.az xəbər verir ki, kariyerasını 2015-ci ildən Portuqaliyanın “Porto” klubunda davam etdirən 39 yaşlı təcrübəli qapıçı sosial media hesabından futbolla vidalaşdığını bildirib.

16 il “Madrid” klubunda 725 matça çıxan Kasilyas patyaxt təmsilçisi ilə 19 kubok qazanıb. Bunlardan 3-ü UEFA Çempionlar Liqası, 5-i isə İspaniya Birinci Futbol Liqası (La Liga) idi.

Qeyd edək ki, cari ilin fevral ayında  İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürən İker Kasilyas daha sonra bu qərarından imtina edib.