Monteneqro Azərbaycanı təhlükəsiz ölkələr siyahısına daxil edib
    • 4-08-2020, 17:50
    • 1 521

Monteneqro Azərbaycanı təhlükəsiz ölkələr siyahısına daxil edib


Monteneqro hökuməti nəzdində Milli Koordinasiya Şurası Azərbaycanı və Rusiyanı epidemioloji baxımdan təhlükəsiz ölkələrin “yaşıl” siyahısına daxil edib.

News24.az
xəbər verir ki, bu barədə Çernoqoriya hökumətinin bəyanatında deyilir.

Məlumata əsasən, yaşıl siyahıda olan ölkələrin vətəndaşları Monteneqroya hər hansı bir əlavə şərt olmadan daxil ola bilər.
Monteneqro hökumətinin koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq ölkələrin “sarı” və “qırmızı” siyahısı da mövcuddur.