Təndirxanada yanğın
    • 5-08-2020, 08:52
    • 454

Təndirxanada yanğın

Masallı rayonunun Birinci Yeddioymaq kəndində ümumi sahəsi 35 m² olan təndirxananın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, təndirxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.