Masallıda təndirxanada yanğın
    • 29-01-2020, 09:20
    • 723

Masallıda təndirxanada yanğın

Masallı rayonunun Əzizabad kəndində ümumi sahəsi 18 m² olan təndirxananın yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.