Azərbaycan payız ayları üçün koronavirusla bağlı hazırlıq görür - TƏBİB
    • 5-08-2020, 15:53
    • 768

Azərbaycan payız ayları üçün koronavirusla bağlı hazırlıq görür - TƏBİB

"Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq səhiyyə qurumları və ölkəmizə dəvət edilən ekspertlər payız ayları üçün hazırlıqlarla bağlı tövsiyyələr verirlər".

News24.az xəbər verir ki, bu sözlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Qurum sədri bildirib ki, bu tip hazırlıqları bütün dünya ölkələri görür:"Xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa mutasiyaya uğrama ehtimalı, payız aylarında gözlənilən digər reperator infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən güc arta bilər. Buna görə də bütün ölkələr öz ehtiyatını görürlər".

Məhərrəm Əliyev