Karantin qaydalarını pozan masaj salonu aşkarlandı - SAHİBİ 6 MİN MANAT CƏRİMƏLƏNDİ
    • 5-08-2020, 18:50
    • 2 268

Karantin qaydalarını pozan masaj salonu aşkarlandı - SAHİBİ 6 MİN MANAT CƏRİMƏLƏNDİ

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq, fəaliyyəti dayandırılıb.  

Bakı şəhər BPİ Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.