DYP texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət etdi
    • 6-08-2020, 13:41
    • 556

DYP texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.

Baş İdarədən News24.az-a verilən məlumatda qeyd olunur ki, şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edildiyi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzində və ya Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, avtomobillərini texniki baxışdan keçirmək üçün sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə getmək məcburiyyətində olmayan digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu BDYP-nin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.