Bakıda ev və avtomobil yandı
    • 10-08-2020, 09:44
    • 677

Bakıda ev və avtomobil yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m2 olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhərinin Xətai rayonunda da yanğın hadisəsi baş verib.

FHN-nin yaydığı məlumata görə, “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.