Kürdə batan şəxsin meyiti tapılıb
    • 10-08-2020, 12:39
    • 698

Kürdə batan şəxsin meyiti tapılıb

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.