Rusiyada dəhşətli faciə - YANĞINDA 3 UŞAQ VƏ 1 QADIN ÖLDÜ
    • 11-08-2020, 09:38
    • 507

Rusiyada dəhşətli faciə - YANĞINDA 3 UŞAQ VƏ 1 QADIN ÖLDÜ

Rusiyada yanğın nəticəsində 3 uşaq və 1 qadın ölüb. 

News24.az RİA-ya istinadən xəbər verir ki, hadisə Samara vilayətində baş verib. Hadisə nəticəsində 1 nəfər də yaralanıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib. 

Bildirilir ki, yanğın zamanı ölən qadın 1983-cü il, uşaqlar isə 2009 (oğlan), 2011 (qız) və 2016-cı il təvəllüdlü olublar.