Yevlaxda dəhşətli yol qəzası- ölən və yaralananlar var- FOTO - SİYAHI
    • 24-09-2019, 12:33
    • 1 267

Yevlaxda dəhşətli yol qəzası- ölən və yaralananlar var- FOTO - SİYAHI

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın bölgə muxbirinin məlumatına görə, hadisə Yevlax rayonu Xanabat kəndi ərazisində baş verib. Belə ki “Vaz 21 06” markalı avtomobil “Picap” markalı adomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində ölən və yaralananların adları da məlum olub. Belə ki, 1986-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə - Şəki şəhəri böyük dehne kənd sakinləri Allahverdiyev Orxan Nofər oğlu, 1992-ci il təvəllüdlü Pirməmmədov Tural Amik oğlu, 1988- ci il Məmmədkərimov Mahal Mövsüm oğludur.  

Qeyd edək ki, ölən və xəsarət alanlar “Vaz 21 06” markalı aftomobildə olublar.