-
- 11-07-2018, 12:32
- 1 396
“Gəncədə öldürülən polislər peşəkarlar tərəfindən seçilib” - Politoloqdan AÇIQLAMA
Dünən gəncədə baş verən qarşudurmayla bağlı politoloq Qabil Hüseynov News24.az-a açıqlama verib.
Q. Hüseynov “Gəncə hadisələri özünün məşum və xoşolmayan bir fazasına daxil olub. Bu mintingin xoşagəlməz bir xüsusiyyəti ondadır ki, nə icazəli olub, nə də onu təşkil edənlərin adı ünvanı bilinib. Kortəbii hərəkətlər hər zaman idarə olunmayan ixtişaş xarakterli proseslərə gətirir. Gəncədə də belə bir hadisə baş verdi. Mənim fikrimcə siyasi qüvvələrə də bir dərs olacaq. Kortəbii başlanan və kütləni ram etmək mümkün olmayan hadisələr hər zaman xoşagəlməyən qarşıdurmalara gətirib çıxardır. Mənim zənnimcə gəncədə müəyyən problemlər olub, amma bunu bu cür təşkil etmək, qılınc-bıçaqla məsələni bu cür həll etmək qeyri-məqbuldur. Gəncə hadisələrini təhrik edən qüvvələr düşünməlidilər ki, dövlətçiliyimiz çox çətin bir məqamdan keçir. Gəncədə toplanmış problemlərin normal bir yolla həll edilməsi əvəzinə onu güc yoluyla və Azərbaycanı sevməyən qüvvələrin alətinə çevrilmək təhlükəsiylə baş başa qaldı. Gəncədə mövcud olan problemləri qarşıdırma şəklində deyil, daha sivil formada hakimiyyətin nəzərinə çatdımaq olardı. Bu qədər adam da həbs edilməzdir. Belə desək Gəncədə də fövqəladə vəziyyətə oxşar vəziyyət yaranmazdır. Onu da qeyd edim ki, ölənlərdən “Qafqaz Müsəlmanları İdarəsi”nin gəncədəki qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasovun qardaşı olması, birinin isə, palkovnik Balakişiyevin olması ondan xəbər verir ki, hədəflər peşəkarlar tərəfindən seçilib və burada hansısa təsadüf ola bilməz”- deyə qeyd edib.
Hadisəylə bağlı Milli Məclisin deputatı Asim Mollazadə News24.az-a bu sözləri deyib:
“Mənə elə gəlir ki, bu istiqamətdə hüquq mühafizə orqanları ölçü işləri aparmalıdırlar. Araşdırmalar davam etdirilməlidir. Ölkənin təhlükəsizliyinə zərər vuran qüvvələr ifşa olunmalıdır. Məsələ ilə bağlı digər suallarımıza A. Mollazadə belə cavab verdi:“Mən başqa hər hansısa bir proqnozu verə bilmərəm. Burda iş bilavasitə hüquq mühafizə orqanlarının işidir, onlar istənilən təhlükənin qarşısını almalıdırlar.
Qeyd edək ki, dünən axşam radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəsx Gəncə İcra Hakimiyyətinin inzibati binasın önünə toplaşıb və asayışı kobud şəkildə pozub. Nəticədə iki yüksək vəzifəli polis ixtişaşı yaradanlar tərəfindən öldürülüb.
Elvin Nüsrətoğlu