-
- 18-08-2020, 14:18
- 3 725
ARB-dən işdən çıxarılan Rövşanə: "Telekanalın reytinqi yoxdursa, günah aparıcıda deyil"
ARB telekanalının məşhur siması işdən ayrılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, telekanal tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırıb.
İşdən çıxmasını News24.az-a təsdiqləyən aparıcı bildirib ki, heç bir səbəb göstərmədən televiziya rəybərliyi onun müqaviləsinə xitam verib: “Pandemiya dövründə müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur? Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta bu pandemiya dömənimdə işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyyəsi var. Lakin bildiyim tək şey odur ki, müqaviləyə xitam verilib. Konkret heç bir səbəb yoxdur. ARB-dən ayrılan tək mən deyiləm, bir neçə aparıcı işdən çıxıb”.
Teleaparıcı bildirib ki, iş ilə bağlı gələcək planları da elə peşəsi ilə bağlıdır: “Peşəm teleaparıcılıq, telejurnalistikadır. Demirəm ki, başqa sahədə işləmək düşüncəmdə yoxdur. O da ola bilər, amma yəqin ki, yenə də televiziyada fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, gələcəklə bağlı hələ heç nə deyə bilmərəm. Təkliflər olduğu halda dəyərləndirəcəyəm. Təbii ki, mənə uyğun layihə olmalıdır. Mən efirdə belinə şal bağlayıb, haxışta deyənlərdən ola bilmərəm. Efirdə atılıb düşmək mənim imicimə, xarakterimə uyğun deyil. Normal tok-şou olarsa razılaşa bilərəm”.
R.Ağasəfqızı telekanal rəhbərliyi ilə heç bir problem yaşamadığını da vurğulayıb: “Çalışdığım televiziyalarda heç bir rəhbərliklə problem yaşamamışam. Bu vaxta qədər 4 telekanalda - Azərbaycan Dövlət Televiziyası, “Space Tv”, ANS və ARB-də işləmişəm. “Space Tv”dən öz istəyimlə ayrılmışam. ANS TV bağlanan zaman son ana qədər orda oldum. Ali Məhkəmənin qərarından sonra hərə öz işinə bağlandı. ARB telekanalının rəhbərliyi ilə də bizim çox xoş münasibətlərimiz olub. İcraçı direktorla ANS Tv-də birlikdə çalışmışıq. Hətta onun dəvəti ilə bu telekanala gəlmişəm”.
Telekanaldan eyni anda bir neçə simanın uzaqlaşmasına da münasibət bildirən Rövşanə Ağasəfqızı, bu tip halların ilk dəfə baş verməyini açıqlayıb: “Televiziyalarda belə transferlər, müxtəlif zamanlarda bu tip qopmalar olub. Bir neçə simanın telekanaldan eyni zamanda ayrılması isə artıq rəhbərliyin verdiyi qərara bağlı bir şeydir”.
Rövşanə Ağasəfqızı gələcəkdə Real Tv-də fəaliyyət göstərə biləcəyini də istisna etməyib: “Mir Şahin müəllimlə çox gözəl dostluğumuz var. Çox əziz və hörmət etdiyim insandır. Bilirsiniz ki, uzun müddət mənim rəhbərim olub. O mənə hər zaman dəstək olub. Ola bilər ki, Real Tv-yə keçməyim də istisna deyil”.
R.Ağasəfqızı telekanaldan ayrılmasına baxmayaraq hələ də ARB-də aparıcı olduğu digər verilişin yayımlandığını deyib: “Bu barədə heç nə deyə bilmərəm. Onsuz da ARB-də prodakşn verilişi olaraq “Təhsil bucağı” yayımlanır. Amma hələ ki yay mövsümüdür və işə adaptasiya olmaq istəmirəm”.
Rövşanə Ağasəfqızı qeyd edib əksər hallarda reytinqsiz telekanallar bunda aparıcı günahlandırır: “Kanalın reytinqi yoxdursa günahı aparıcıda görmək lazım deyil. Aparıcı olaraq öz reytinqimi hər zaman bilmişəm. Adi bir statusum hadisəyə çevrilirsə, verilişlərdən çıxarışlar trendə düşürsə, bunu aparıcı olaraq öz reytinqim kimi dəyərləndirirəm. Bütün tamaşaçılar da bilir ki, Rövşanə Ağasəfqızının aparıcı olaraq reytinqi var. Sadəcə olaraq kanal reytinqsiz olanda günahı aparıcıda görürlər. Telekanalda mənə verilişin reytinqinin aşağı olduğunu dedilər. Ola bilər. Mənə maraqlıdır ki, bütün sosial şəbəkələrdə veriliş yayımlanan günün sabahı trendə düşən kadrlar olur. Reytinq efirə çıxıb ağzına gələni danışmaq deyil. Veriliş xınayaxdı məclisi deyil. Verilişdə bağırmaq, söz atmaq reytinq yığmaqdırsa, mən onu bacarmayacam”.
Rövşanə Ağasəfqızının müqaviləsinin ləğv edilməsi məsələsinə aydınlıq gətirmək üçün ARB telekanalının mətbuat katibi Ozal İbrahimli ilə əlaqə saxladıq. Lakin telekanal aparıcını ittihamları ilə bağlı açıqlama verməkdən imtina etdi.
Teymur Məmmədov