İndi də göydən KAKAO YAĞDI
    • 18-08-2020, 16:23
    • 638

İndi də göydən KAKAO YAĞDI

İsveçrənin Olten şəhərində bir neçə gündür ardıcıl olaraq qeyri-adi yağıntılar müşahidə edilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, göydən yerə kakao tozu tökülür.

Bunu yerli sakinlərdən biri ilk dəfə avtomobilində görüb. Avtomobilin üzəri qəribə qəhvəyi toz ilə örtülüb. Daha yaxından yoxlanıldıqdan sonra məlum olub ki, bu, kakaodur. Həmin vaxt isə göydən kakao yağmaqda davam edib.

Araçdırma zamanı bəlli olub ki, hadisəyə səbəb yerli Lindt & Sprüngli şokolad fabrikindəki havalandırma sistemindəki nasazlıq olub.

Şirkət hazırda bu problemin üzərində çalışır.

Zavod qeyd edib ki, kakao tozu özündə heç bir təhlükə daşımır və bundan zərər görən bütün maşınlar təşkilat hesabına təmizlənəcək.