Atmosferi çirkləndirən müəssisənin direktoruna 3 MİN MANAT CƏZA
    • 19-08-2020, 10:28
    • 899

Atmosferi çirkləndirən müəssisənin direktoruna 3 MİN MANAT CƏZA

Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün  MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.