İbtidai sinif müəllimliyi üzrə növbəti test imtahanları keçiriləcək
    • 19-08-2020, 11:11
    • 430

İbtidai sinif müəllimliyi üzrə növbəti test imtahanları keçiriləcək

Cari ilin 26-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, həmin tarixlərdə ibtidai sinif müəllimliyi üzrə növbəti test imtahanları keçiriləcək.

Bununla da ibtidai sinif müəllimliyi üzrə işə qəbul imtahanları yekunlaşacaq.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!