MİQ imtahanlarının tarixləri barədə məlumatlar namizədlərə göndərilib
    • 11-08-2020, 10:43
    • 450

MİQ imtahanlarının tarixləri barədə məlumatlar namizədlərə göndərilib

Bu ilin 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək.

Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.