Hindistan şəffaf vergitutma tətbiq etməyə başlayır - Səfir şərh edir
    • 19-08-2020, 12:40
    • 398

Hindistan şəffaf vergitutma tətbiq etməyə başlayır - Səfir şərh edir

Hindistan şəffaf vergitutma tətbiq etməyə başlayır.

Hindistanın Azərbaycandakı səfirliyindən News24.az-a verilən məlumata görə, Hindistanın Baş Nazirinin 14 avqust 2020-ci il tarixində başlatdığı vergi islahatlarını şərh edən Hindistan səfiri B.Vanlalvavna, bu təşəbbüsün Hindistanda vergi islahatlarını əhəmiyyətli dərəcədə həyata keçirəcəyini bildirib. 

Təqdim olunmuş Anonim (şəxsiz) Qiymətləndirmə Sistemi vasitəsilə Hindistanda gəlir vergisi üzrə bütün qiymətləndirmələr artıq heç bir fiziki qarşılıqlı ünsiyyət olmadan anonim şəkildə aparılacaq və fərdlər vergiləri haqqında heç bir hər hansı səlahiyyətli qurumun deyil, yalnız Milli Elektron Qiymətləndirmə Mərkəzinin sorğusuna cavab verməli olacaq. Anonim Qiymətləndirmə Sistemi həmçinin, vergi ödəyicisinin şəxsən və yaxud təmsilçi vasitəsilə gəlir vergisi üzrə səlahiyyətli qurumu ziyarət etmək ehtiyacını aradan qaldırır. Bəlkə də dünya vergi sistemində ilk dəfə olaraq sistem həmçinin, vergi ödəyicisinin coğrafi mövqeyindən asılı olmayaraq ölkənin hər hansı bir hissəsində yaşayan bir məmur tərəfindən qiymətləndirilə biləcəyi dinamik yurisdiksiyanı nəzərdə tutur.

Səfir, Hindistanın Baş Nazirinin eyni zamanda başlatdığı 'Vergi Ödəyicisi Nizamnaməsi‘nin ölkəni, öz vergi ödəyiciləri qarşısında öhdəlik ifadəsi olaraq Nizamnaməni qəbul və bəyan etmiş ABŞ, İngiltərə, Kanada və Avstraliya kimi dünyanın digər böyük iqtisadiyyatları sırasına qoşulmasına aparacağını bildirdi. Baş nazir, həmçinin Pandit Deen Dayal Upadhyayanın doğum ildönümündən, yəni 25 Sentyabr 2020-ci il tarixindən etibarən həyata keçiriləcək Anonim Müraciət Sistemini elan etdi. Sistem, vergi ödəyicilərinə müraciətlərini elektron qaydada təqdim etməyə imkan verəcəkdir ki, müraciətlər uzaqda yaşayan bir qrup tərəfindən həll olunacaq və vergi ödəyicisini Gəlir Vergisi Departamentini fiziki ziyarət etmək ehtiyacından xilas edəcək. Bundan əlavə, Səfir Hindistanın Gəlir Vergisi Departamentinin vergi ödəyicilərinin iş yerlərinə qəfil ziyarət kimi hər hansı bir müdaxiləni həyata keçirməsinə artıq icazə verilməyəcəyini söyləyib.

Hindistana sərmayə cəlb etmək istiqamətində həyata keçirilən digər son islahatlardan bəhs edən Səfir, 2016-cı il Maliyyə Aktının tətbiqindən etibarən Hindistanda korporativ vergi faizlərinin tədricən azaldığını söylədi. 2019-cu il tarixli Vergi Qanunları (Düzəliş) Aktı vasitəsilə korporativlərə, hər hansı azadolma və ya insentivdən yararlanmadıqları halda güzəştli 22 % dərəcəsində vergi ödəmək (əlavə ödəniş və cess əlavə olaraq) imkanı verilib. Bundan əlavə, 1 oktyabr 2019-cu il tarixindən sonra yaradılan və 31 mart 2023-cü il tarixində və ya bundan əvvəl istehsala başlayacaq yeni ölkədaxili istehsal müəssisələrinə müəyyən azadolma və insentiv tələb etmədən 15% (əlavə ödəniş və cess əlavə olaraq) vergi ödəmək imkanı verilib.

Daha əvvəl, 2020-ci il tarixli Maliyyə Aktı vasitəsilə fərdi gəlir vergisində aparılan islahat, fərdi vergi ödəyicilərinə müəyyən azadolma və insentivdən yararlanmadıqları təqdirdə gəlir vergisini aşağı vergi dərəcələri ilə ödəmək imkanı verib. Digər tədbirlər sırasına, Hindistan kapital bazarının cəlbediciliyini artırmaq məqsədilə dividend bölgüsü vergisinin ləğvi, Suveren Sərvət Fondunun gəlir vergisindən azad edilməsi və infrastruktura qoyulan investisiya ilə əlaqədar faiz, divident və kapital gəlirindən yaradılan bildirişli pensiya fondları və ofşor borcun mənbəyində tutulacaq 5 %-li vergi güzəşt dərəcəsinin 30 iyun 2023-cü ilədək davam etməsi daxildir.