Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
    • 27-04-2024, 23:04
    • 1 340

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR


A (II) qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.

Bu barədə Merilend Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılıb.

Tədqiqatçılar insult keçirmiş təxminən 17 000 və insult keçirməyən təxminən 600 000 insanı əhatə edən 48 genetik tədqiqatdan məlumat toplayıblar.

Alimlər vurğulayıblar ki, A (II) qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına nisbətən 16 faiz yüksəkdir. (sfera.az)