Rusiyada müxalifət lideri zəhərləndi
    • 20-08-2020, 09:34
    • 503

Rusiyada müxalifət lideri zəhərləndi

Rusiyada müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.

News24.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə mətbuat katibi Kira Yarmış məlumat verib. 

Bildirilib ki, hadisə Tomskdan Moskvaya uçan zaman yaşanıb. A. Navalnıy özünü pis hiss etdiyi üçün təyyarə Omska təcili eniş edib.

Aleksey Navalnıy huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Vurğulanıb ki, A. Navalnıy səhər ancaq çay içib.

Onun çayına qarışdırılan maddədən zəhərləndiyi ehtimal edilir.