Azərbaycanda Məhərrəm ayı başlayıb
    • 21-08-2020, 09:00
    • 786

Azərbaycanda Məhərrəm ayı başlayıb

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

News24.az xəbər verir ki, Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür.

Aşura günü avqustun 10-na təsadüf edəcək.

Səfər ayı sentyabrın 19-da başlayacaq oktyabrın 19-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəm ayının başlaması ilə bağlı müraciətində bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.