-
- 21-08-2020, 12:34
- 761
Azərbaycanlı resjissorun filmi beynəlxalq festivalda QALİB OLDU
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
News24.az xəbər verir ki, bu barədə festivalın rəsmi feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.
Baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Qeyd edək ki, “Daxildəki Ada” filmi “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı bədii Azərbaycan filmi olub.
Filmdə mənəvi və fiziki təzyiqlərdən xilas olmaq üçün vəhşi atların yaşadığı və bir sakini olan adaya qaçan şahmatçı gəncin hekayəsindən bəhs edilir.