Azərbaycanlı rejissor Amerikada mükafat aldı – VİDEO
    • 13-11-2018, 10:40
    • 1 076

Azərbaycanlı rejissor Amerikada mükafat aldı – VİDEO

Döyüş filmlərinin rejissoru kimi tanınan Elmar Bayramov Amerikada kino mükafatı qazanıb.

Bu barədə bir neçə il əvvəl Amerikaya köçən rejissor özü məlumat verib. Həmyerlimizin sözlərinə görə, “Black Garder Company” adı altında 2 ilə yaxındır ki, Amerikada fəaliyyət göstərir:

“Nəhayət ki, ilk uğurumuza imza atdıq. HBO, CINEMAX ve Warner Bros. Studiyasının təşkilatçılığı ilə “Urban Action Show Case International” film festivalinda "Oops" filmi ilə "Ən yaxşı döyüş filmi" nominasiyasının qalibi olduq”.

//Publika.az