Sabah Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK
    • 21-08-2020, 12:59
    • 453

Sabah Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.  

Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

22 avqustda Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz  13-16 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.