Baş prokuror 10 yaşlı Nərminin işini xüsusi NƏZARƏTƏ GÖTÜRÜB
    • 21-08-2020, 14:53
    • 1 069

Baş prokuror 10 yaşlı Nərminin işini xüsusi NƏZARƏTƏ GÖTÜRÜB

"Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir". 

News24.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab videosunda bildirilib. Əlavə olunub ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.