-
- 22-08-2020, 13:15
- 1 158
Ramiz Mehdiyevin kürəkəni MƏHKƏMƏYƏ ÇIXARILDI - FOTOLAR - YENİLƏNDİ 2
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.
Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər.
Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.
***11:55

İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.
Məhkmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. /APA/
****
Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.
News24.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.
Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür. /Report.az/