-
- 22-08-2020, 15:00
- 740
Ermənistan həmişə Azərbaycanla Rusiyanın ARASINI VURMAQ istəyib - POLİTOLOQ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Rusiya mediasına verdiyi müsahibəsində Tovuz döyüşlərindən və Dağlıq Qarabağ problemindən danışıb.
Rusiya XİN-i bildirib ki, Ermənistan tərəfinin Azərbaycan ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhəd-buraxılış məntəqəsini yenidən bərpa etmək qərarı Azərbaycan və Ermənistan sərhəddində gözlənilməz nəticələrə gətirib çıxarıb. Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyirik: “Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”.
Məsələ ilə bağlı News24.az-a danışan İlqar Vəlizadə bildirib ki, Tovuz təxribatının başında birbaşa Ermənistan dayanıb:
“Lavrov faktiki olaraq bunu etiraf edib. O ki qaldı nəzarət keçid məntəqəsinə, bunu ayınlaşdırmaq lazımdır. Nəzarət keçid məntəqəsində hər iki tərəfdən sərhədlərin müəyyənləşdirməsi ilə bağlı işlər aparılır. Ermənistan dəfələrlə sərhədlərimizi pozaraq, işğalçı siyasət yürüdüb. Sovet dönəmində Ermənistan istiqamətindən bəzi yollar keçirdi. Sovet respublikaları olduğundan sərhədlər inzibati sayılırdı.
Azərbaycan Ermənistan arasında heç vaxt nəzarət keçid məntəqəsi olmayıb. Ona görə də, ermenilərin nəzarət keçid məntəqəsinin dırnaq arası bərpası cəfəngiyatdır. Bu, onu göstərir ki, münaqişəyə səbəbkar olan tərəf ermənilərdir və onların destruktiv, pozucu hərəkətləridir. Eyni zamanda Rusiyanın maraqları da bu mövzuda heç yaxşı vəziyyətdə deyil. Ermənistan həmişə Azərbaycanla Rusiyanın arasını vurmaq istəyib”.
Politoloqun fikrincə, Dağlıq Qarabağ problemi həll olunmasa, müxtəlif ölkələrin maraqlarına toxunan təxribatlar artaraq, daha çox gərginliklər yarada bilər: “Münaqişənin həlli konstruktiv danışıqlardan keçir. Bu danışıqlar olmadığı təqdirdə, təxribatlar da çoxalacaq”.