-
- 21-08-2020, 13:47
- 608
Lavrov Tovuz döyüşlərindən danışdı
"Ermənistan tərəfinin Azərbaycan ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhəd-buraxılış məntəqəsini yenidən bərpa etmək qərarı Azərbaycan və Ermənistan sərhəddində gözlənilməz nəticələrə gətirib çıxaran qarşıdurmaya səbəb oldu".
News24.az xəbər verir ki, bunu "Trud qəzatinə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
S.Lavrov bildirib ki, 12-16 İyul tarixlərində meydana gələn sərhəd qarşıdurması, 1994-cü il Rusiya vasitəçiliyində atəşkəs razılaşmasının ən geniş yayılmış ikinci (2016-cı ilin aprelindən sonra) pozuntusu olub.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı son 26 ildə ilk dəfə olaraq Qarabağda təmas xəttində deyil, birbaşa Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədi hissəsində top artilleriyasından, minaatanlardan və hücum dronlarından istifadə edərək yüksək intensiv toqquşmalar baş verdiyini vurğulayıb:"Bütün səbəblər kompleksli qarşıdurmaya səbəb oldu. Əlbəttə ki, ən əsası həll olunmamış Qarabağ problemidir. Erməni tərəfinin Azərbaycan ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət məntəqəsini bərpa etmək qərarı bir tərəfdə narahatlığın artmasına, digərlərinin əsassız cavab reaksiyasına səbəb oldu. Bununla da gözlənilməz nəticələrə səbəb olan qarşıdurma çarxı işə salındı".